
İnternetdə hər şey adlarla işləyir: google.com, youtube.com və s. Amma kompüterlər ad yox, IP ünvanı (IP address) anlayır. Burada köməyə DNS (Domain Name System) gəlir.
DNS-i telefon kitabçası kimi düşünün:
- ad → nömrə
- domain name → IP address

İndi isə ən çox istifadə olunan 8 DNS record növünə baxaq.
A (Address) Record
A record domain adını IPv4 ünvanına çevirir. Yəni browser soruşur ki, "bu sayt hardadır?" — A record cavab verir.
pitstech.az → 192.168.1.1
Bu record ən əsas DNS record-dur. Əgər A record yoxdursa, sayt açılmaz.
CNAME (Canonical Name) Record
CNAME record bir domaini başqa domainə yönləndirir.
Məsələn:
www.pitstech.az → pitstech.az
Adətən subdomain-lər üçün istifadə olunur:
- bir neçə adı eyni sayta bağlamaq üçün;
- idarəetməni (management) asanlaşdırmaq üçün əladır.

AAAA Record
AAAA record A record kimidir, amma fərqi var: bu record IPv6 ünvanı üçün istifadə olunur.
pitstech.az → 2001:db8::1
Qeyd: əgər saytımız IPv6 dəstəkləyirsə, AAAA record olur.
PTR Record
PTR record əksinə işləyir. Burada:
IP address → domain name
Bu prosesə reverse DNS lookup deyilir.
Harada lazımdır?
- mail server-lərdə;
- serverin real olub-olmadığını yoxlamaq üçün.
Çox vaxt email problemlərində PTR record yoxlanılır.
MX (Mail Exchange) Record
MX record email-lərin hara gedəcəyini göstərir.
Məsələn:
example.com → mail.example.com
Kimsə sizə email göndərəndə DNS deyir: "Bu domainin mail serveri budur". MX record olmadan email işləməz.

NS (Name Server) Record
NS record deyir ki: "Bu domainin DNS cavablarını kim verir?" Yəni hansı DNS server cavabdehdir.
Məsələn:
ns1.example.com
ns2.example.com
Domain alanda ilk işlədilən record-lardan biridir. Bunu Cloudflare və ya EasyDNS-də qeydiyyatdan keçirə bilərsiniz.
SRV (Service) Record
SRV record xüsusi servislər üçün istifadə olunur. Bu record aşağıdakı məlumatları saxlayır:
- service
- protocol
- host
- port
Harada istifadə olunur?
- VoIP
- XMPP
- Microsoft servisləri
Adətən A record ilə birlikdə işləyir.
TXT (Text) Record
TXT record DNS-ə mətn əlavə etməyə imkan verir. Ən çox istifadə olunan sahələr:
- SPF
- DKIM
- domain verification
Məsələn:
v=spf1 include:_spf.google.com ~all
Email təhlükəsizliyi üçün çox vacibdir.

Nəticə olaraq bunları yadımızda saxlayaq
- A / AAAA → saytın IP ünvanı
- CNAME → yönləndirmə
- MX → email
- NS → DNS server-lər
- PTR → reverse lookup
- SRV → xüsusi servislər
- TXT → təsdiqləmə və təhlükəsizlik
DNS-i yaxşı başa düşsəniz, sayt problemlərini, email xətalarını və server problemlərini daha rahat həll edərsiniz.



