CloudCavad Mikayil

Cloud Computing Nədir? Bulud Növləri, Bulud Xidmət Modelləri

Cloud Computing İnformasiya Texnologiyaları sahəsində iş yükünün azaldılmasını və mürəkkəb infrastrukturların daha effektiv idarə olunmasını təmin edə bilən müasir bir həlldir. Cloud Computing internet vasitəsilə müxtəlif xidmətlərin (məsələn, serverlərin, verilənlər bazalarının, proqramların) təmin edildiyi və istifadə edildiyi bir texnologiya mərhələsidir. Məntiqən bu, məlumatların yerli kompüterlərdə (hard disk və ya on-premise server) saxlanılması yerinə hər hansı bir bulud provayderinin (bu, Microsoft Azure, Amazon AWS ola bilər) data mərkəzindəki serverlərdə saxlanılması və proqramların orada işləməsi deməkdir.

Cloud Computing anlayışı

Gündəlik həyatda və işdə biz bir çox işimizi səs, foto, video və sənədlərdən istifadə edərək həll edirik. Düzdür, keçmişlə müqayisədə günümüzdə mobil telefonların və kompüterlərin yaddaşı həddindən çox artırılıb, amma nəzərə almalıyıq ki, bir çox faylların da həcmi bununla paralel olaraq artmışdır — dolayısı ilə bir çox cihazda artıq yaddaş problemi yaşanmaqdadır. Həmçinin bir çox veb servis və proqramları işlətmək üçün kompüterlər güclü resurslar tələb edir və bu bəzən bizə çox baha başa gəlir; kompüter və serverlərimiz zəif olanda işlətdiyimiz proqramlar, servislər və hətta oyunlar donmağa başlayır, gecikmələr olur — bir sözlə, performans çox aşağı olur. Tam da elə bu nöqtədə gündəmə gələn Bulud Texnologiyaları (Cloud Computing) bu kimi problemlərə möhtəşəm həllər təklif edir.

Bulud həllərin bizə hansı hallarda kömək etdiyinə baxsaq: məsələn, deyək ki, bizim 4 GB RAM, Core i3, 120 GB HDD və daxili videokarta sahib olan bir kompüterimiz var və biz bu kompüterdə GTA V oynamaq istəyirik. Bu halda GTA oyununu quraşdırsaq belə, oynayanda donacaq, gecikmələr olacaq. Biz GeForce NOW kimi Cloud Game portalı ilə bu oyunu bu kimi ən zəif kompüterlərdə belə donmadan rahat oynaya bilərik, çünki bu oyun GeForce-un serverlərində run olub işləyir — yəni tələb olunan RAM, CPU, GPU oradan qarşılanır, bizə sadəcə stabil, sürətli bir internet lazımdır. Həmçinin bu ssenariyə bənzər şəkildə, məsələn, kompüterimizdə Photoshop, Word, Excel kimi proqramları quraşdırmadan veb sayt üzərindən işlədə bilərik. Məsələn: Google Docs, MS 365 Office.

Daha sonra biz bulud üzərindən yaddaş xidməti ala bilərik: məsələn, şəkillərimizi kompüterin lokal yaddaşında saxlamaq yerinə OneDrive, Google Drive kimi Cloud Storage-lərdə saxlaya bilərik. Şəkillərimiz Google-un serverlərində hard diskdə duracaq, biz sadəcə internet üzərindən istifadəçi adı və parol yazıb daxil olmaqla onları yükləyib işlədə biləcəyik. Bir sözlə, biz Bulud ilə istənilən zaman, istədiyimiz yerdən istifadəçi adı və parollarımızı yazaraq bizə lazım olan məlumatları yükləyib istifadə edə bilərik; lakin bunun üçün əksər hallarda bulud xidmətləri göstərən provayderlərə bir miqdar ödəniş etməliyik.

Bulud yaddaş xidmətləri

Əksər bizneslərdə də biz ortaq şəkildə 1C, MikroERP kimi bir çox satış və anbar proqramı işlədirik; fayllarımızı saxlayıb idarə etmək üçün şirkətin daxili fiziki serverlərində (On-Premise) fileserver işlədirik; veb saytlarımızı publish etmək üçün veb server qurub 7/24 işlədirik. Bu zaman sistemin hər zaman dayanmadan işləyə bilməsi üçün (High Availability) serverlərə və server otağına daim maintenance (qayğı) göstəririk, onların fiziki və proqram təminatı səviyyəsində təhlükəsizliyini təmin edirik, bu server və servisləri idarə etmək üçün sistem administratorlarını işə götürürük, backup həllərindən və ən son şəbəkə texnologiyalarından istifadə edirik. Beləliklə, bu kimi bir çox maliyyətli işləri görməli oluruq. Bulud həlləri isə bu kimi işlərin demək olar hamısını öz üzərinə götürür: nəhəng data mərkəzlərində serverlərin fiziki qurulması, maintenance, şəbəkə infrastrukturu, elektrik şəbəkəsi, təhlükəsizlik, serverlərin yaradılması və idarə olunması, virtuallaşdırma kimi bir çox önəmli işi MS Azure, AWS kimi bulud provayderləri görür. Biz artıq düşünmürük: işıq söndü, UPS işlədi ya yox; hard disk yandı, server çökdü; DDoS gəldi — bütün bunların hamısına görə Bulud şirkəti məsuliyyət daşıyır. Biz sadəcə internet üzərindən bizə lazım olan serverə, məsələn, RDP ilə qoşulub 1C proqramında işləyirik, fileserverə qoşulub sənədlərimizi ora atırıq.

Cloud Computing sahəsində ilk dəfə 1999-cu ildə Salesforce şirkəti öz CRM həllini bulud üzərindən xidmət olaraq göstərmişdir. Daha sonra 2006-cı ildə Amazon S3 ilə bulud yaddaş həllini təqdim etmiş, bunların ardınca 2010-cu ildə Microsoft Azure, 2013-cü ildə Google Cloud kimi bulud texnologiyaları şirkətləri virtual maşınların yaradılması, veb sayt və proqramların işlədilməsi üçün hosting və platforma kimi infrastruktur xidmətlərinin kirayəsini təşkil etmişdir.

Cloud Computing-in inkişafında virtualizasiya böyük rol oynamışdır. Bu gün Azure kimi bulud provayderləri öz data mərkəzlərindəki fiziki serverlərində virtualizasiyadan istifadə edərək minlərlə virtual maşın yaradıb bizlərə kirayə verə bilir. Biz bu virtual maşınları portal üzərindən qurarkən ona ayıracağımız resursa görə — məsələn, CPU nüvə sayı, RAM və storage kimi şeyləri nəzərə alaraq — aylıq və ya illik olaraq ödəniş edirik: "Pay as you go" — nə qədər işlətdik, o qədər ödəyirik. On-Premise-dən Buluda keçmək üçün isə veb kalkulyator olur ki, biz bununla hesablaya bilərik: bizə serverimizi öz binamızda saxlayıb işlətmək sərf edir, yoxsa AWS Cloud-da.

Bulud texnologiyasının növləri

Bulud növləri

Public Cloud — bu bulud növünün resursları interneti olan hər kəs üçün əlçatandır. Azure, AWS, Google kimi bulud şirkətlərinin ödənişli və ödənişsiz xidmətləri mövcuddur. Bunlara örnək olaraq Microsoft 365, Google Docs, Amazon S3, EC2 Instance, Azure Blob Storage və s. göstərmək olar. Bu tip bulud texnologiyasının əsas üstün cəhəti sürət və high availability-dir, yəni həmişə asan əlçatandır.

Private Cloud — tək bir şirkətə və ya təşkilata məxsus qapalı bulud növüdür. Həmin qurum tərəfindən idarə olunan hüquqlarla müəyyən səlahiyyətli şəxslərə — məsələn, rayonda olan bir filialdan baş ofisdə olan Terminal Serverə VPN ilə icazə verərək — şirkət resurslarına daxil olmasını təmin edir. Bu, daha çox məxfilik və təhlükəsizliyə önəm verənlər üçündür.

Hybrid Cloud — hibrid bulud bizə, məsələn, veb saytın kontentlərini on-premise, yəni daxili serverlərimizdə, verilənlər bazasını isə Azure SQL Database-də saxlayaraq ortaq şəkildə işlətməyə imkan verən bulud texnologiyası növüdür. Başqa bir örnək olaraq AD istifadəçilərinin MS 365-ə inteqrasiya olunub yaradılması və istifadəsini, həmçinin VMware Cloud on AWS servislərini göstərə bilərik.

Community Cloud — bu bulud növü yeni çıxıb; bir çox qaynaqda bulud növləri 3 olaraq göstərilsə də, buna da baxaq. Bu tip bulud növünü daha çox dövlət qurumları işlədir. Bir neçə təşkilatın aralarında məlumat mübadiləsi üçün eyni resursu ortaq şəkildə işlətməsinə imkan yaradan texnologiyadır. Məsələn, ESD (elektron sənəd dövriyyəsi) portalının bir serverdə publish olunub bir neçə quruma xidmət göstərdiyini nəzərə alsaq, bunu İctimai Bulud Texnologiyasının bir növünə örnək olaraq göstərə bilərik.

Bulud texnologiyası xidmət modelləri

Üç fərqli kateqoriyada qarşılaşa biləcəyimiz bulud texnologiyaları bir-birinə iyerarxik olaraq daha da inkişaf edərək irəliləyir. Ən yüksək səviyyəli xidmət modelinin müəssisələrə bir çox sahədə, xüsusilə iş yükündə rahatlıq qazandırdığı müşahidə edilir. Bulud texnologiyasının xidmət modelləri aşağıdakılardır:

IaaS, PaaS və SaaS xidmət modelləri

IaaS (Infrastructure as a Service): Bu, bir infrastrukturdur və ondan sadəcə istifadə etdiyimiz zaman ödəniş edirik. Bir növ bulud texnologiyalarından bir hissəni icarəyə götürmək olur. Yəni biz Azure portalda virtual maşınlar (AWS EC2 Instance) yaradıb orada istədiyimiz bir serveri qura bilərik. Burada OS, Middleware, Runtime, Data və Application kimi hissələri özümüz yaradırıq və əlavə edirik, qalanını isə (şəbəkə, storage, server, virtualizasiya) CSP, yəni bulud provayderi təmin edir.

PaaS (Platform as a Service): Platforma kimi xidmət edir. Bu xidmət modelində infrastruktura ehtiyac olmadan proqram təminatı, mobil və veb proqramlar kimi bir çox sahə üçün təkmilləşdirmələr edilə bilər. Google App Engine, Azure SQL, MySQL kimi örnək servisləri işlədə bilərik, veb saytımızı və verilənlər bazamızı run edə bilərik: ASP.NET Core, Java, SQL Server, Oracle. Bu tip buludda biz sadəcə application-ı və onun datasını atırıq, qalanlarını isə (şəbəkə, storage, server, virtualizasiya, OS, middleware, runtime) CSP, yəni AWS, Azure edir.

SaaS (Software as a Service): Paket proqram şəklində təqdim edilən bu xidmət istifadəçilərə internet vasitəsilə əvvəlcədən müəyyən edilmiş tətbiq, proqram və başqa resurslardan istifadə etmələrini təmin edir. Məsələn, Netflix, Google Drive, MS 365 və s. kimi xidmətləri biz heç bir şey quraşdırmadan işlədə bilirik; bunun üçün bir miqdar pul ödəyirik, daha sonra isə sadəcə internet şəbəkəmizin olması kifayətdir.

Burada həmin proqramların işləməsi üçün server, onun şəbəkəsi, storage, virtualizasiyası, əməliyyat sistemi, data, application runtime kimi hər bir şeyi CSP, yəni bulud xidmətlərini göstərən şirkət — məsələn, Google Cloud — edir. On-Premise olaraq bunları öz şirkətimizdə daxili serverimizdə qursaydıq, hamısını özümüz etməli olacaqdıq.

Məqaləni paylaşın

Cavad Mikayil

Cavad Mikayil

IT Manager - Network Security Engineer - PITS Technology Solutions

Bütün yazılara bax